XƏBƏRLƏR

Yeniliklər 11 Noyabr 2025, 14:51

Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb

Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb

Azərbaycandan ölkəmizə yola düşən “C130” hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb", - deyə məlumatda bildirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

“Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.