XƏBƏRLƏR

Yeniliklər 27 Sentyabr 2024, 12:54

Müdafiə Sənayesi Nazirliyi Türkiyənin “Lentatek” və “Ayesaş” şirkətləri ilə əlaqələri genişləndirir

Müdafiə Sənayesi Nazirliyi Türkiyənin “Lentatek” və “Ayesaş” şirkətləri ilə əlaqələri genişləndirir

Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində Türkiyənin “Lentatek” və “Ayesaş” şirkətlərinin baş direktoru Öner Tekinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə mövcud əməkdaşlıq haqqında müzakirələr edilib, “ADEX” və “Securex Caspian” sərgilərinin əhəmiyyətindən danışılıb.

Gələcəkdə Müdafiə Sənayesi Nazirliyi və tabeli qurumları ilə “Lentatek” və “Ayesaş” şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Nazir müavini hər iki şirkətin stendini ziyarət edib, sərgilənən məmulatlarla tanış olub.