XƏBƏRLƏR

Yeniliklər 23 Oktyabr 2024, 09:32

Azərbaycan Prezidenti Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiq edib

Azərbaycan Prezidenti Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiq edib

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 300 nömrəli Fərmanında dəyişiklik edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.