XƏBƏRLƏR

Yeniliklər 19 Yanvar 2026, 10:20

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.

20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub.