Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar olub.
Bununla bağlı müvafiq əmrlər imzalanıb. Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.
"Azərbaycan bayrağı" ordeni ilə təltif edilmiş A.Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət göstərib.