XƏBƏRLƏR

Yeniliklər 30 Yanvar 2026, 09:55

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda konfrans keçiriləcək

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda konfrans keçiriləcək

Martın 5-də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçiriləcək. Tədbirin təşkilatçıları ETN İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır.

Konfransda dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemləri, həlli yolları, bu sahədə trendlər, mövcud yanaşmalar, eləcə də aparılan tədqiqatların nəticələrinin müzakirə olunması nəzərdə tutulur. Tədbir çərçivəsində, həmçinin qlobal çağırışlara uyğun kibersuveren dövlətin formalaşdırılması, rəqəmsal dövlət sisteminin etibarlı, təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin olunması, rəqəmsal ekosistemin inkişaf etdirilməsi, bulud əsaslı rəqəmsal dövlətin şəbəkə infrastrukturunun qurulması, vətəndaşların rəqəmsal dövlət xidmətlərindən məmnuniyyət səviyyəsinin qiymətləndirilməsi və dövlət əhəmiyyətli kritik sistemlərdə kibertəhlükəsizliyin təmin olunması və s. kimi çoxaspektli problemlərə dair məruzələr təqdim olunacaq.