ABŞ Dövlət Departamentinin “Qlobal infrastruktur və investisiyalar üzrə tərəfdaşlıq fondu”nun tapşırığı ilə ABŞ-nin AECOM mühəndislik-məsləhət şirkətinin komandası TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin ərazi tədqiqat işlərinə başlamaq məqsədilə Ermənistana səfər edib.
Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb. Qeyd edilib ki, bu işlərə Ermənistanda uzunmüddətli iqtisadi artımın, qarşılıqlı əlaqəliliyin və regional inteqrasiyanın təşviqinə xidmət edəcək dəmir yolu və digər infrastrukturun formalaşdırılması ilə bağlı texniki-iqtisadi qiymətləndirmə və təkliflərin hazırlanması daxildir.