XƏBƏRLƏR

Yeniliklər 19 Fevral 2026, 08:22

“Azərsilah”a məxsus zavodda qəza baş verib

“Azərsilah”a məxsus zavodda qəza baş verib

Fevralın 18-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.