XƏBƏRLƏR

Yeniliklər 26 Fevral 2026, 08:01

Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib

Müdafiə Nazirliyinin rəhbər heyəti

Fevralın 26-sı Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib. 

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən abidə önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirilib.