XƏBƏRLƏR

SETM 29 Aprel 2016, 12:50

Azərbaycan Milli Elmlər Akademiyası ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası arasında memorandum imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası arasında memorandum imzalanıb

AMEA ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası (hazırda Milli Müdafiə Universitetinin tabeliyindədir) arasında “Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması və onun müasir təhdid və təhlükələrə cavab verə biləcək hərbi potensiala malik olması istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılması, hərbi təhsil sistemində qabaqcıl elmi nailiyyətlərin tətbiq edilməsi, birgə beynəlxalq və regional elmi konfransların keçirilməsi, eləcə də müdafiə texnologiyaları sahəsində  əməkdaşlıq üzrə”  Memorandumun  imzalanması mərasimi keçirilmişdir.

Sənədi AMEA-nın prezidenti akademik Akif Əlizadə və Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev  imzalamışdır. Tədbirdə AMEA-nın və Hərbi Akademiyanın rəhbər şəxsləri ilə yanaşı AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, İşlər idarəsinin 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) da iştirak etmişdir