Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin iştirakı ilə AMEA ilə DSX arasında “ AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə xarakterli innovativ layihələrin son hazır nümunələrinin (dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahlar, döyüş sursatları, mühəndis-texniki sistemlər və s.) hazırlanması sahəsində əməkdaşlıq üzrə” Niyyət Sazişinin imzalanması mərasimi keçirilmişdir.
Tədbir zamanı AMEA və DSX-nin rəhbər şəxsləri tərəfindən SETM-də həyata keçirilən hazırda olduqca aktual olan strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür. AMEA tərəfdən görüşdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavinidir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir), “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, SETM-in 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) iştirak etmişdir.