XƏBƏRLƏR

SETM 24 İyul 2017, 16:32

Təhsil naziri AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olub

Təhsil naziri AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olub

Bir sıra elmi-tədqiqat layhələri ilə tanışlıq məqsədilə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə arasında AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) görüş keçirilmişdir. Səfər zamanı həmçinin YT Parkın ərazisində fəaliyyət göstərən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturundakı Elmi-tədqiqat laboratoriyalarında və Təcrübi-konstruktor sektorunda həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələr (elmi-tədqiqat işləri) barədə ətraflı məlumat verilmişdir.

Görüşdə AMEA-nın və Təhsil Nazirliyinin rəhbər şəxsləri ilə yanaşı AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, İşlər idarəsinin 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), İşlər idarəsinin strukturundakı 2 və 3 nömrəli Elmi-tədqiqat laboratoriyalarının, həmçinin Təcrübi-konstruktor sektorunun əməkdaşları da iştirak etmişdir