Bir sıra elmi-tədqiqat layihələri, xüsusilə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində fəaliyyət göstərən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturundakı Elmi-tədqiqat laboratoriyalarında və Təcrübi-konstruktor sektorunda həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə (elmi-tədqiqat işləri ilə) yerində tanışlıq məqsədilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DXS) rəisi, general-polkovnik Elçin Quliyev ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə arasında YT Parkda görüş keçirilmişdir.
Görüşdə AMEA-nın və DXS-nın rəhbər şəxsləri ilə yanaşı AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, İşlər idarəsinin 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), İşlər idarəsinin strukturundakı 2 və 3 nömrəli Elmi-tədqiqat laboratoriyalarının, həmçinin Təcrübi-konstruktor sektorunun əməkdaşları da iştirak etmişdir