XƏBƏRLƏR

SETM 09 Oktyabr 2019, 16:49

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Bakı Mühəndislik Universitetı (BMU) və AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Bakı Mühəndislik Universitetı (BMU) və AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Bakı Mühəndislik Universiteti (BMU) və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında “BMU-da fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunması barədə” Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi ilə əlaqədar tədbir keçirilmişdir.

Sənədi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev (hazırda AMEA-nın müşaviridir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) və BMU-nun rektoru texnika elmləri doktoru, professor Havar Məmmədov imzalamışdır. SETM rəhbərinin müavinləri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in Elmi-tədqiqat  laboratoriyalarının və sektorlarının  rəhbərlərinin də iştirak etdiyi tədbirdə SETM-də həyata keçirilən strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür.