XƏBƏRLƏR

SETM 21 Avqust 2018, 12:28

Dövlət Sərhəd Xidmətinin əməkdaşları AMEA Təcrübə-Sənaye Zavodunda olublar

Dövlət Sərhəd Xidmətinin əməkdaşları AMEA Təcrübə-Sənaye Zavodunda olublar

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə tanışlıq məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin təcrübəli mütəxəssisləri tərəfindən SETM-in AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində yerləşən laboratoriyalarına yerində baxış keçirilmişdir.

Tədbirdə SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, YT Parkın rezidenti “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin direktoru Vasif Abbasov,  SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının əməkdaşları da iştirak etmişdir.

Görüş zamanı SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən SETM-də həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilmiş və sözügedən innovativ layihələrlə bağlı çoxsaylı suallar cavablandırılmışdır. SETM-in rəhbərliyi ilə görüş zamanı elmi-tədqiqat işlərinin bəzilərinin son hazır nümunələrinin texniki göstəriciləri və istismarı ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.