XƏBƏRLƏR

SETM 25 Sentyabr 2018, 17:09

AMEA ilə TUSAŞ arasında müdafiə və aviasiya sahəsində əməkdaşlığa dair protokol imzalanıb

AMEA ilə TUSAŞ arasında müdafiə və aviasiya sahəsində əməkdaşlığa dair protokol imzalanıb

AMEA ilə TUSAŞ (“Türk Havacılık ve Uzay Sanayii” AŞ) arasında “AMEA-nın nəzdində, xüsusilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən akademik proqramlarla müdafiə və aviasiya sahələrində qarşılıqlı əməkdaşlığın təsis edilməsi, təcrübələrin paylaşılması və eyni zamanda araşdırma-təkmilləşdirmə işlərinin sürətləndirilməsi istiqamətində əməkdaşlığa dair” Protokolun imzalanması mərasimi keçirilmişdir.

SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) də iştirak etdiyi tədbir zamanı SETM-də həyata keçirilən hazırda olduqca aktual olan strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür.