AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Azərbaycan Texniki Universiteti (ATU) arasında “ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsi, eyni zamanda AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi,müdafiə və mülki xarakterli innovativ elmi-tədqiqat işlərinin (layihələrin) təkmilləşdirilməsi istiqamətində əməkdaşlığa dair” Niyyət sazişinin imzalanması mərasimi ilə əlaqədar görüş keçirilmişdir.
Görüşdə YT Park-ın və ATU-nun rəhbər şəxləri ilə yanaşı, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev (hazırda AMEA-nın müşaviridir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) də iştirak etmişdir.
Tədbir zamanı həmçinin SETM-də həyata keçirilən hazırda olduqca aktual olan strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür.