XƏBƏRLƏR

SETM 25 May 2017, 08:56

AMEA ilə Fövqəladə Hallar Nazirliyinin birgə işçi müşavirəsi keçirilib

AMEA ilə Fövqəladə Hallar Nazirliyinin birgə işçi müşavirəsi keçirilib

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) elmi-tədqiqat, təcrübə-konstruktor, tədqiqat-inkişaf layihələrinin icrası və innovasiya yönümlü layihələrin istehsalata transferi barədə, eyni zamanda, YT Parkın ərazisində fəaliyyət göstərən Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılması məqsədilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə işçi müşavirə keçirilmişdir.

Görüşdə AMEA-nın və Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri ilə yanaşı AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir), İşlər idarəsinin  1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), İşlər idarəsinin strukturundakı  2 və 3 nömrəli Elmi-tədqiqat laboratoriyalarının, həmçinin Təcrübi-konstruktor sektorunun əməkdaşları da iştirak etmişdir.