XƏBƏRLƏR

SETM 24 Sentyabr 2018, 09:13

AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib

AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Texniki elmlər üzrə birgə fəaliyyət, bu sahədə kadr və təcrübə mübadiləsinin aparılması,  AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi,müdafiə və mülki xarakterli innovativ elmi-tədqiqat işlərinin (layihələrin) təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinin müzakirə olunması məqsədilə TUSAŞ (“Türk Havacılık ve Uzay Sanayii” AŞ) şirkətinin nümayəndələri ilə AMEA-da görüş keçirilmişdir.

Görüşdə  AMEA tərəfdən  AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavinidir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) və  AMEA  Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak etmişdir.