XƏBƏRLƏR

SETM 27 Avqust 2019, 09:18

Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən layihə təqdim olunub

Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən layihə təqdim olunub

AMEA-nın prezidenti akademik Akif Əlizadə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənovun (hazırda general-mayor və Azərbaycan Respublkası Müdafiə Nazirliyinin Milli  Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektorudur) iştirakı ilə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM)  hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin son hazır məhsulunun təqdimatı keçirilmişdir.

SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən həyata keçirilən təqdimatda həmçinin AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavinidir), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev (hazırda AMEA-nın müşaviridir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) və aidiyyəti üzrə digər şəxslər  də  iştirak etmişdir