AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən “kiçik ölçülü peyklər üçün mikropikselli silisium fotogücləndiriciləri əsasında yeni qamma və ionlaşdırıcı zərrəcik detektorlarının hazırlanması” layihəsinin təqdimatı çərçivəsində SETM-in rəhbəri siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) ilə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev (hazırda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziridir) arasında görüş keçirilmişdir.
SETM-in 2 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov tərəfindən həyata keçirilən təqdimatda həmçinin AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA Radiasiya Problemləri İnstitutu və Milli Aviasiya Akademiyasının nümayəndələri də iştirak etmişdir. Görüşdə “Azərkosmos” ASC ilə SETM arasında strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri (innovativ layihələr) istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunmuş və bir sıra təkliflər irəli sürülmüşdür