XƏBƏRLƏR

SETM 09 İyul 2018, 09:27

AMEA Yüksək Texnologiyalar Parkında hərbi və müdafiə yönümlü innovativ layihələr müzakirə olunub.

AMEA Yüksək Texnologiyalar Parkında hərbi və müdafiə yönümlü innovativ layihələr müzakirə olunub.

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində fəaliyyət göstərən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturundakı Elmi-tədqiqat laboratoriyalarında və Təcrübi-konstruktor sektorunda (sonradan sözügedən laboratoriyalar və sektorun bazasında AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzi–SETM yaradılmışdır) həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələr (elmi-tədqiqat işləri) barədə müzakirələr aparılması məqsədilə AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları arasında YT Parkda görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənov (hazırda general-mayor və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli  Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektorudur), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin elm şöbəsinin rəisi, professor, polkovnik Əziz Talıbov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev (hazırda AMEA-nın müşaviridir), İşlər idarəsinin 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və aidiyyəti üzrə digər şəxslər də iştirak etmişdir.

İcra olunan layihələr Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları tərəfindən yüksək qiymətləndirilmiş və onların ölkəmizin müdafiə qüdrətinin artırılmasında müstəsna əhəmiyyətə malik olduğu vurğulanmışdır.