XƏBƏRLƏR

SETM 09 İyul 2018, 14:35

Quru qoşunlarının mütəxəssisləri SETM-in fəaliyyət göstərdiyi YT Park-da olublar

Quru qoşunlarının mütəxəssisləri SETM-in fəaliyyət göstərdiyi YT Park-da olublar

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə yerində tanışlıq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Quru qoşunlarının təcrübəli mütəxəssislərinin SETM-in fəaliyyət göstərdiyi AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) səfəri baş tutmuşdur. Səfər zamanı SETM -in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev ilə görüş çərçivəsində SETM-in YT Park ərazisində yerləşən laboratoriyalarına baxış keçirilmişdir.

Tədbirdə YT Parkın rezidenti “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin direktoru Vasif Abbasov, SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının əməkdaşları da iştirak etmişdir. Görüş zamanı SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən SETM-də həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilmiş və sözügedən innovativ layihələrlə bağlı çoxsaylı suallar cavablandırılmışdır. SETM-in rəhbərliyi ilə görüş zamanı elmi-tədqiqat işlərinin bəzilərinin son hazır nümunələrinin texniki göstəriciləri və istismarı ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.