XƏBƏRLƏR

SETM 31 Yanvar 2019, 09:53

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi dövlət müəssisələrindən sifarişlər alıb

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi dövlət müəssisələrindən sifarişlər alıb

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) elmi-texniki şurasının ilk iclasında AMEA-nın vitse-prezidenti, şuranın sədri, akademik İbrahim Quliyev yeni şuranın əsas vəzifələri və fəaliyyətinin təşkili qaydalarından, eyni zamanda, strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işlərinin aparılması məqsədilə akademiyanın müvafiq institutlarının koordinasiyalı fəaliyyətinin vacibliyi barədə fikir bildirmişdir.

İclasda həmçinin SETM-in rəhbəri, şuranın sədr müavini, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, şuranın sədr müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin elm şöbəsinin rəisi, şuranın üzvü, professor, polkovnik Əziz Talıbov, şuranın digər üzvləri və SETM-in Elmi-tədqiqat laboratoriya, həmçinin sektor rəhbərləri çıxış edərək hazırda olduqca aktual olan strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələr çərçivəsində yeni standartlara , texniki tələbata uyğun texnologiyaların hazırlanması və s. bu kimi məsələlərə dair təkliflər səsləndirilmişdir.

SETM-in Elmi-tədqiqat laboratoriyalarının rəhbərləri, şuranın üzvləri, fizika üzrə fəlsəfə doktorları Samir Süleymanov, Fərid Əhmədov və Yaşar Hüseynəliyev tərəfindən ötən müddət ərzində əldə etdilmiş elmi nəticələrlə bağlı, o cümlədən bir sıra məhsul və materialların hazırlanması istiqamətində elmi-tədqiqat işləri, onların istehsal imkanları və tətbiq sahələri haqqında ətraflı məlumat verilmişdir