XƏBƏRLƏR

SETM 13 Noyabr 2018, 14:35

SETM-in məhsulları HHQ və HHM Qoşunlarının mütəxəssislərinin iştirakı ilə sınaqdan keçirilib

SETM-in məhsulları HHQ və HHM Qoşunlarının mütəxəssislərinin iştirakı ilə sınaqdan keçirilib

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihənin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatları (PUA-lar) Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının təcrübəli mütəxəssislərinin iştirakı ilə real ərazi şəraitində (AMEA Yüksək Texnologiyalar Parkının ərazisində)  istifadə edilərək sınaqdan keçirilmişdir. SETM -in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev ilə görüş zamanı elmi-tədqiqat işlərinin son hazır nümunələrinin texniki göstəriciləri və istismarı ilə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür.

Görüşdə həmçinin SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının əməkdaşları da iştirak etmişdir. Hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir.