XƏBƏRLƏR

SETM 10 Yanvar 2019, 10:18

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM-in) Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlığı çərçivəsində SETM-in 2 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov sözügedən ali təhsil müəssisəsinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, professor Ercan Yılmazla görüşmüşdür.

Görüşdə SETM və Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi arasında birgə yeni silisium əsaslı PİN fotodiodların, alfa zərrəcik və termal neytron detektorlarının hazırlanmasına dair razılıq əldə olunmuşdur.

Səfər zamanı SETM əməkdaşlarının təklifləri əsasında hazırlanmış silisium əsaslı yarımkeçirici fotoqeydedicilər və onların tətbiq sahələri haqqında təşkil edilmiş seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır