AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu (hazırki adı AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ) ilə Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanmış müqaviləyə uyğun olaraq Şəkinin Fazıl kəndində Təpə Başı adlanan ərazidə azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi,müdafiə, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlərdən (dronlardan) istifadə olunmuşdur. Sözügedən dronlar vasitəsilə qazıntıların foto planı və 3D modelləri hazırlanmışdır