XƏBƏRLƏR

SETM 10 Aprel 2019, 10:27

AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzi ilə Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzi ilə Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında “detektorların hazırlanması, MSFD fotodiodların təkmilləşdirilməsi, MSFD fotodiodların əsasında detektor modullarının birgə işlənməsi, həmçinin onların beynəlxalq təcrübələrdə, spektroskopiyada, lazerli məsafə təyinedicilərdə və PET-də sınaqdan keçirilməsi barədə” Əməkdaşlıq müqaviləsinin imzalanması ilə əlaqədar görüş keçirilmişdir.

Sənədi SETM rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru Dr. İvan Ştekl imzalamışdır. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, SETM-in Elmi-tədqiqat laboratoriyalarının rəhbərləri,  fizika üzrə fəlsəfə doktorları Samir Süleymanov və Fərid Əhmədov, AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov və Çexiyanın sözügedən institutunun əməkdaşı Michael Holikin də  iştirak etdiyi görüşdə hər iki qurum arasında yüksək kadr potensialı olan texniki qrupun yaradılmasına dair müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir.