XƏBƏRLƏR

SETM 15 Fevral 2018, 14:34

SETM-in son hazır nümunələri sınaqdan keçirilib

SETM-in son hazır nümunələri sınaqdan keçirilib

“SETM” MMC-də (Strateji Elmi Tədqiqatlar Mərkəzində) həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin son hazır nümunələri (hərbi məmularlar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) nümayiş olunmaqla sınaqdan keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimovun da iştirak etdiyi tədbirdə  “SETM” MMC-nin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmışdır.

Hərbi mütəxəssislər tərəfindən  “SETM” MMC-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmiş, onların Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur.