XƏBƏRLƏR

SETM 13 İyun 2019, 14:33

SETM-in layihələri MN və DSX-nın hərbi qulluqçularının iştirakı ilə sınaqdan keçirilib

SETM-in layihələri MN və DSX-nın hərbi qulluqçularının iştirakı ilə sınaqdan keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvətilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM)  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin təlim poliqonunda keçirilmiş hərbi təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Hərbi təlim zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin son hazır nümunələri (hərbi məmularlar) nümayiş etdirilərək sınaqdan keçirilmişdir.

Təlimləri müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.

Hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir.