AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu qurumun İşlər İdarəsinin strukturundakı müdafiə əhəmiyyətli elmi tədqiqat işləri üçün ixtisaslaşmış 1 saylı laboratoriyanın yeni elmi-təcrübə otaqları ilə tanış olmuşdur. AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə birgə həyata keçiriləcək elmi-tədqiqat işləri çərçivəsində sözügedən laboratoriyada hazırlanacaq mikropikselli selvari fotodiodların yüksək enerjilər fizikası, tibb, kosmik tədqiqatlar və hərbi sahələrdə tətbiq olunması nəzərdə tutulmuşdur.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, həmin laboratoriyanın müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), İşlər İdarəsinin 2 saylı laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və hər iki laboratoriyanın əməkdaşları da iştirak etmişdir