AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Hərbi təlim zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin sınaqdan keçmiş son hazır nümunələri (hərbi məmularlar) nümayiş etdirilmişdir.
Təlimi müşahidə edənlər arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov da olmuşdur. Hərbi təlim zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM-in 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir