XƏBƏRLƏR

SETM 13 İyun 2018, 14:31

Azərbaycanlı alimlər Rusiyada keçirilən elm və yüksək texnologiyalar üzrə sərgidə iştirak ediblər

Azərbaycanlı alimlər Rusiyada keçirilən elm və yüksək texnologiyalar üzrə sərgidə iştirak ediblər

AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) Rusiya Federasiyası Krasnodar vilayətinin  Novorossiysk şəhərində keçirilən elm və yüksək texnologiyalar üzrə şərgidə iştirak etmişdir.

Sərgidə silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, pilotsuz uçan aparatlar (PUA) sistemləri, robot-texniki komplekslər, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama sistemləri, eləcə də digər sektorlar üzrə hazır məhsullar nümayiş olunmuşdur.

Sərgidə iştirak edən bəzi şirkətlərin nümayəndələrinə SETM-də həyata keçirilən hərbi,müdafiə, mülki təyinatlı innovativ layihələr barədə ətraflı məlumat verilmiş, eyni zamanda, beynəlxalq əməkdaşlıq  perspektivləri müzakirə olunmuşdur.