AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) başda olmaqla SETM əməkdaşlarının AMEA-nın Xızı Dayaq Məntəqəsinə səfəri baş tutmuşdur. Səfər zamanı həmin ərazidə torpaqların mühafizəsi, münbitliyin artırılmasına dair mövcud standart və normativlərə əməl olunması vəziyyəti ilə yerində tanış olmaq məqsədilə SETM-də həyata keçirilən hərbi,müdafiə, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlərdən (dronlardan) istifadə olunmuşdur. Sözügedən dronlar vasitəsilə torpaq sahələrinin foto planı və 3D modelləri hazırlanmışdır.
SETM əməkdaşları tərəfindən pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər barədə ətraflı məlumat verilmiş, eyni zamanda, Xızı Dayaq Məntəqəsinin mütəxəssisləri ilə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılmışdır