2019-cu il may ayının 20-dən 24-dək Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvətilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təlimlərində mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir.
Müxtəlif poliqonlarda keçirilən döyüş təlimlərində SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin son hazır nümunələri (hərbi məmulatlar) nümayiş etdirilmiş və həmin hərbi məmulatlar sınaqdan uğurla keçmişdir.
Təlimləri müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir