AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı elmi-tədqiqat işləri çərçivəsində icrası uğurla davam etdirilən şərti adı “Şahin” olan çoxməqsədli hava hədəf komleksinin hazırlanması prosesi daima SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin nəzarətində olmuaşdur. Sözügedən layihənin icrası müddətində mərhələlər üzrə texnoloji proseslər barədə SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən mütəmadi olaraq SETM-in rəhbərinə lazımi məlumatlar verilmişdir.
Həmçinin şərti adı “Şahin” olan çoxməqsədli hava hədəf komleksinin hazırlanması üzrə layihənin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.