XƏBƏRLƏR

SETM 13 Mart 2018, 14:30

SETM-in hazırladığı kvadrokopter və PUA-lar hərbi hissədə real şəraitdə sınaqdan keçirilib

SETM-in hazırladığı kvadrokopter və PUA-lar hərbi hissədə real şəraitdə sınaqdan keçirilib

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihənin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) təqdimatı zamanı uğurlu nəticələr əldə edilmişdir.

Tədbirdə iştirak edən general-mayor Mais Bərxudarov (hazırda general-leytenantdır), Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov (Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 22-də Qubadlı rayonu istiqamətində döyüşlərin  ön xəttində şəhid olmuşdur) və Müdafiə Nazirliyinin digər təcrübəli hərbi qulluqçularının rəyinə əsasən, SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələr qarşıya qoyulmuş tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə onların  Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir.

Təqdimat zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən nümayiş olunan hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.