XƏBƏRLƏR

SETM 18 İyul 2018, 14:29

SETM-in rəhbəri kəşfiyyat-müşahidə və zərbəendirici məhsullara baxış keçirib

SETM-in rəhbəri kəşfiyyat-müşahidə və zərbəendirici məhsullara baxış keçirib

AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı elmi-tədqiqat işləri çərçivəsində icrası uğurla davam etdirilən  müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar)  hazırlanması prosesi daima SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin nəzarətində olmuşdur. Sözügedən layihələrin icrası müddətində mərhələlər üzrə texnoloji proseslər barədə SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən mütəmadi olaraq SETM-in rəhbərinə lazımi məlumatlar verilmişdir.

Həmçinin müxtəlif təyinatlı (kəşfiyyat-müşahidə, zərbəendirici və s.)  dron və PUA-ların hazırlanması üzrə layihələrin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı SETM-in laboratoriya rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla  bir sıra təkliflər irəli sürülmüşdür.