AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan şərti adı “T-30” olan kəşfiyyat-müşahidə təyinatlı pilotsuz uçuş aparatı (PUA) ilə tanış olmaq məqsədilə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev və SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin SETM-in aidiyyəti laboratoriya və sektorlarına səfəri baş tutmuşdur.
Səfər çərçivəsində SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən sözügedən PUA-nın hazırlanması üzrə layihənin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin SETM-in laboratoriya və sektor rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.