XƏBƏRLƏR

SETM 12 İyul 2017, 14:26

Akademik İbrahim Quliyev SETM tərəfindən hazırlanan PUA-larla tanış olub

Akademik İbrahim Quliyev SETM tərəfindən hazırlanan PUA-larla tanış olub

AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı (kəşfiyyat-müşahidə, zərbəendirici və s.) pilotsuz uçuş aparatları (PUA-lar) ilə tanış olmaq məqsədilə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev və SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin SETM-in aidiyyəti laboratoriya və sektorlarına səfəri baş tutmuşdur. Səfər çərçivəsində SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən sözügedən PUA-ların hazırlanması üzrə layihələrin mərhələlərinə müvafiq olaraq onların texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir.

Həmçinin SETM-in laboratoriya və sektor rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla  bir sıra təkliflər irəli sürülmüşdür.