XƏBƏRLƏR

Yeniliklər 23 Mart 2026, 15:00

Nazirlik: PUA-ların Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları təşkil olunacaq

Nazirlik: PUA-ların Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları təşkil olunacaq

2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - deyə məlumatda bildirilib.