Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru Vaqif Kərimovu mükafatlandırıb.
Putinin imzaladığı Fərmanla Vaqif Yunus oğlu Kərimova “Rusiya Federasiyasının Əməkdar elm xadimi” fəxri adı verilib.
Qeyd edək ki, V.Kərimov 1949-cu ildə Bakıda anadan olub. Geologiya-mineralogiya elmləri doktoru, professor Kərimov geologiya və neft-qaz kəşfiyyatı sahəsində aparıcı alimdir və 50 ildən artıqdır ki, elmi və təhsil fəaliyyəti ilə məşğuldur.
Karyerası ərzində Sovet İttifaqı və Rusiya Federasiyası universitetlərində rəhbər vəzifələrdə, o cümlədən Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində Neft və Qaz Kəşfiyyatının Nəzəri Əsasları kafedrasının müdiri vəzifəsində çalışmışdır (2009–2018).
2017-ci ildən bu günə qədər Moskvadakı Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin Geologiya və Karbohidrogen Yataqlarının Kəşfiyyatı kafedrasının müdiri vəzifəsində çalışır.