XƏBƏRLƏR

Yeniliklər 13 Aprel 2026, 16:16

Yaxın vaxtlarda Zəngəzur dəhlizi işə salına bilər

Yaxın vaxtlarda Zəngəzur dəhlizi işə salına bilər

“Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə daxil oluruq və bu, Ermənistan ilə Azərbaycan arasında formalaşmış sülh prosesi ilə bağlıdır. Yaxın vaxtlarda isə ilk növbədə TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin işə salınması ilə əlaqədar böyük hadisələr gözlənilir”.

 Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iri işəgötürənlərin nümayəndələri ilə görüşdə bildirib.

“Bu layihə onunla əhəmiyyətlidir ki, nəticə etibarilə Ermənistan tam şəkildə blokadadan çıxarılıb. Bu gün də Ermənistan blokadanı aradan qaldırıb, çünki bilirsiniz ki, Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yük daşımalarını həyata keçirmək mümkündür və bu həyata keçirilir. Amma demək istəyirəm ki, siyasi aydın öhdəlik ondan ibarətdir ki, həmçinin dəmir yolu ilə ixrac da mümkün olacaq, əlbəttə, Gürcüstan ərazisi vasitəsilə olacaq, biz Azərbaycanla TRIPP layihəsi çərçivəsində ilk növbədə dəmir yolunu açana qədər… və bu çox vacibdir.

Demək istəyirəm ki, siyasi razılaşma ondan ibarətdir ki, həmin dəmir yolu heç vaxt bağlanmayacaq, yəni bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrutdur. Amma mənim başa düşdüyümə görə, biz hələ ixrac üçün dəmir yolundan geniş istifadə etmirik, çünki aydındır ki, 30 il ərzində formalaşmış logistika zəncirləri mövcuddur. Onları dəyişmək üçün əvvəlcə etimad lazımdır, insanlar başa düşməlidir ki, deyilənlər nə dərəcədə davamlı və etibarlıdır, ikinci isə logistika zəncirləri dəyişməlidir, çünki yük maşını məntiqi ilə düşünmək başqa şeydir, vaqon məntiqi ilə düşünmək isə tamam fərqli bir yanaşmadır”, - deyə o bildirib.

ordu.az