XƏBƏRLƏR

Yeniliklər 03 Dekabr 2024, 09:45

ATU “Zəyəm Texnologiyalar Parkı” ilə əməkdaşlığa başlayıb

ATU “Zəyəm Texnologiyalar Parkı” ilə əməkdaşlığa başlayıb

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə "Zəyəm Texnologiyalar Parkı" arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və "Zəyəm Texnologiyalar Parkı" ASC-nin direktoru Elnur İbrahimov imzalayıb.

Memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb.

İmzalanma mərasimindən sonra ATU nümayəndələri "Zəyəm Texnologiyalar Parkı" ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.