XƏBƏRLƏR

Yeniliklər 23 İyun 2026, 20:00

Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib

Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Rasim oğlu Ağabalayevə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, sözügedən ixtisas dərəcəsi dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslərə verilən xüsusi dövlət statuslarından biridir.