XƏBƏRLƏR

Yeniliklər 25 İyun 2026, 16:57

Prezident İlham Əliyev bir sıra hərbi qulluqçuya “general-mayor” ali hərbi rütbəsi verib

Prezident İlham Əliyev bir sıra hərbi qulluqçuya “general-mayor” ali hərbi rütbəsi verib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:

polkovnik Rəsul Rasim oğlu Əliyevə

polkovnik Elçin Rəhim oğlu Abdullayevə

polkovnik Azər Əfrayıl oğlu Heybətliyə

polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə

polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 25 iyun 2026-cı il