XƏBƏRLƏR

Yeniliklər 07 İyul 2026, 14:21

Müdafiə nazirinin müavini və bir qrup hərbi qulluqçu təltif edilib

Müdafiə nazirinin müavini və bir qrup hərbi qulluqçu təltif edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib. 

General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.