Türkiyə 2000 kilometr və daha yüksək mənzilə sahib raket sistemi inkişaf etdirir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında bildirib.
“Biz həm 800 kilometr və daha yuxarı mənzilli raket ehtiyatımızı gücləndirmək, həm də 2000 kilometr və daha yüksək mənzilli raket inkişaf proqramımızı sürətləndirmək qərarına gəldik”, – deyə Türkiyə Prezidenti qeyd edib.