GÖRKƏMLİ ALİMLƏR

“Xarı bülbül” çiçəyini elmə gətirən Azərbaycanın ilk bi­o­­lo­­gi­­ya elm­­lə­­ri dok­­to­­ru

“Xarı bülbül” çiçəyini elmə gətirən Azərbaycanın ilk bi­o­­lo­­gi­­ya elm­­lə­­ri dok­­to­­ru

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Tu­ta­yuq Va­li­də Xas­bu­lat qı­zı

Tu­ta­yuq Va­li­də Xas­bu­lat qı­zı 23 sent­yabr 1914-cü il­də Şu­şa şə­hə­rin­də ana­dan ol­muş­dur. O, ana tərəfindən Qacarlar sülaləsinə mənsub, atası Xasbulat (Kaspulat) bəy isə əslən Şimali Qafqazdan idi. Atası Xasbulat bəy Tutayuq Peterburq Meşəçilik Akademiyasında təhsil alarkən ata tərəfdən qohumu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Şuşaya gəlmiş, Qarabağ meşələrinə gözətçi - meşəbəyi təyin edilmişdi. O, 1903-cü ildə Şuşada Qızlar Gimnaziyasında müəllim işləyən, rus dilini mükəmməl bilən şəhərdəki savadlı qadınlardan biri sayılan Südabə adlı xanımla evlənmişdi. Südabə xanım Şuşanın Qacar soyuna mənsub kübar ailəsinə mənsub idi. Onların uşaqları - qızları Zinyət, Fatma, Ənbər, Validə və oğlu Murad bu izdivacdan doğulmuşdu. Xasbulat bəyin qayınatası Çar ordusu Kazak qoşunu polkovniki Rüstəm bəy Mirzəyev idi. ADR zamanı Bakının Şəhər polis rəisi işləyən Rüstəm bəy Mirzəyev Azərbaycanın işğalından sonra Bolşevik hökumətinin ilk 1 saylı hökmü ilə edam olunmuş 15 adamdan biri idi. Validə Tutayuqun ana babası şahzadə Şahrux Mirzə Qacar (1843-1915) Çar ordusunun  Kazak qoşununda fəaliyyət göstərmiş, həmyerlisi Rüstəm bəylə demək olar ki, birgə xidmət aparmışdılar. Buna görə də hərbi qulluqla əlaqədar Vətəndən uzaqlarda olan və cəbhədən cəbhəyə adlayan Rüstəm bəy Qarabağa döndükdə yaxşı tanıdığı Qacar şahzadə ailəsi ilə qohum olur.

V.Tutayuq atasının yolundan gedərək Azər­bay­can Kənd Tə­sər­rü­fa­tı İns­ti­tu­tu­nun Mey­və-tə­rə­vəz­çi­lik fa­kül­tə­si­ni bi­tir­miş (1934), 1939-cu ildə K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında “Çoxləçəkli şəbbü çiçəyi­nin təbiəti” mövzusunda biologiya elmləri üzrə namizədlik, 1949-cu ildə SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunda “Çoxləçəkli örtülüto­xumluların emb­rio­lo­gi­ya­sı” möv­zu­sun­da bio­lo­gi­ya elm­lə­ri üz­rə dok­tor­luq dis­ser­ta­si­ya­la­rı­nı mü­da­fiə et­miş­dir. O, bi­o­­lo­­gi­­ya elm­­lə­­ri dok­­to­­ru adı­­nı alan ilk azər­­bay­­can­­lı qa­­dın ol­muş­dur. AMEA-nın müx­bir üz­vü (1958) və hə­qi­qi üz­vü (1968) se­çil­miş­dir.

V.Tu­ta­yuq AK­Tİ-nin Bo­ta­ni­ka ka­fed­ra­sı­nın mü­­di­ri (1939-1957), el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni (1954-1957), AMEA-nın Bo­ta­ni­ka İns­ti­tu­tu­nun di­rek­­to­ru (1957-1962) və­zi­fə­lə­rin­də ça­lış­mış, AK­Tİ-nin Bo­ta­ni­ka və se­lek­­si­ya ka­fed­ra­sı­nın mü­di­ri (1962-1980) ol­muş­dur. Ali­min Bo­ta­ni­ka İns­ti­tu­tu­na rəh­­bər­lik et­di­yi dövr­də “Azər­bay­can flo­ra­sı”nın 7-ci və 8-ci cild­lə­ri çap edil­miş­dir. O, di­gər alim­lər­lə bir­lik­də “Azər­bay­ca­nın ağac və kol­la­rı” iki­cild­li­yi­ni çap et­­dir­miş, “Qaf­qa­zın dend­ro­lo­gi­ya­sı” çox­cild­li­yi­nin 5-ci və 6-cı cild­lə­ri­nin mü­əl­lif­­lər­indən bi­ri ol­muş­dur.

V.Tu­ta­yuq öz təd­qi­qat­la­rı ilə Azər­bay­can­da bit­ki ana­to­­mi­ya­sı­nın əsa­sı­nı qoy­muş­dur. Ali­min müx­tə­lif ör­tü­­lü­to­xum­lu­lar­da çi­çə­yin nor­­mal və qey­ri-nor­mal qu­ru­lu­şu­nu öy­rən­mək sa­hə­­sin­­də təd­qi­qat­la­rı­nın nə­ti­cə­si olan “Çox­lə­çək­li çi­­çək­­lə­rin qu­ru­lu­şu” mo­noq­ra­fi­ya­sı (1960) çi­çə­yin mən­şə­yi ilə bağ­lı bir sı­ra prin­si­pal nə­zə­ri mə­sə­lə­lə­rin ay­dın­laş­dı­rıl­ma­sın­da mü­hüm rol oy­na­­mış­dır. Bu təd­qi­qat­la­rın təc­rü­bi əhə­miy­­yə­ti də var­dır. Çox­lə­çək­li­li­yin əmə­lə gəl­mə­si qa­nu­na­uy­­ğun­­luq­la­rı­nı bil­mək se­lek­si­ya və bə­zən bağ­çı­lıq­da ye­ni çox­lə­çək­li çi­çək for­ma­la­rı­nın alın­ma­sı­na im­kan ve­rir. Bu sa­hə­də apa­rı­lan təd­qi­qat­la­rın nə­zə­ri təh­li­li “Ör­tü­lü­to­­xum­­­lu­la­rın mən­şə­yi­nə da­ir” (1965) və “Çi­çə­yin te­ra­to­lo­gi­ya­sı” (1969) mo­noq­ra­­fi­­ya­­la­rın­da öz ək­si­ni tap­mış­dır. Onun “Bit­ki ana­to­mi­ya­sı və mor­fo­lo­gi­ya­sı” (1958 və 1967, Ba­kı, 1972 və 1980, Mosk­va, 1980, Tbi­li­si), “Bit­ki ana­to­mi­ya­sı və fi­zio­lo­­gi­ya­sı” (1960) dərs və­sa­it­lə­rin­dən in­di də ali mək­təb­lər­də is­ti­fa­də edi­lir.

Şuşanın Cıdır düzündə yetişən “Xarı bülbül” çiçəyinin bio-ekoloji xüsusiyyətlərini də ilk dəfə Validə Tutayuq öyrənmiş, elmi şərhini vermişdi. Bununla bu nadir bitkinin məhz Şuşa təbiətinə aid olduğunu bütün dünya botaniklərinə çatdırmışdı.

V.Tu­ta­yuq dend­ro­lo­gi­ya sa­hə­sin­də apar­dı­ğı təd­qi­qat­lar­la Ta­lı­şın Üçün­­cü döv­rə aid qə­dim re­likt ağac­la­rı­nın Dör­dün­cü döv­rün şə­rai­ti­nə uy­ğun­laş­ma­sı yol­la­rı­nı mor­fo­lo­ji-ana­to­mik, ka­rdio­lo­ji təd­qi­qat­la­rı ilə el­mi şə­kil­də sü­but et­miş­dir. Ey­ni za­man­da bu ağac­la­rın qu­ru-subt­ro­pik Ab­şe­ron şə­rai­tin­də də yax­şı in­ki­şaf edə­cə­yi­ni gös­tər­miş­dir. V.Tu­ta­yu­qun rəh­bər­li­yi ilə res­pub­li­­ka­nın ot­laq­la­rı geo­bo­ta­ni­ki ba­xım­dan öy­rə­nil­miş, geo­bo­ta­ni­ki xə­ri­tə­lər, aq­ro­kim­yə­vi kar­to­q­ram­lar tər­tib edil­miş­dir.

V.Tu­ta­yuq 230-dan çox el­mi əsə­rin, o cüm­lə­dən 6 mo­noq­ra­fi­ya­nın və 4 dərs­­li­yin mü­əl­­li­fi­dir. Onun el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 20-dən çox fəlsəfə doktoru və 3 elm­lər dok­­to­ru ha­zır­lan­mış­dır.

V.Tu­ta­yuq də­fə­lər­lə Gən­cə və Ba­kı Şə­hər So­ve­ti İc­ra­iy­yə Ko­mi­tə­si­nin de­pu­­ta­tı, Azər­bay­­can SSR KP MK-nın üz­vü se­çil­miş­dir. O, “Şə­rəf ni­şa­nı” or­de­ni (1943), “1941-1945-ci il­lər­də Bö­yük Və­tən Mü­ha­ri­­bə­­sin­­də fə­da­kar əmə­yə gö­rə” me­da­lı (1945), SSRİ Ali Təh­sil Na­zir­li­yi­nin qə­ra­rı ilə “B.Mi­­çu­ri­nin ana­dan ol­ma­sı­nın 100 il­li­yi xa­ti­rə­si­nə” yu­bi­ley me­da­lı (1955), Azər­bay­can SSR Na­zir­lər Ka­bi­ne­ti­nin Fəx­ri fər­ma­nı ilə (1960) təl­tif edil­miş, “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­na (1974) la­yiq gö­rül­müş­dür.

Aka­de­mik Va­li­də Tu­ta­yuq 1980-ci il­də Ba­kı şə­hə­rin­də və­fat et­miş­dir.