GÖRKƏMLİ ALİMLƏR

Azərbaycanın görkəmli geo­me­xa­ni­k alimi

Azərbaycanın görkəmli geo­me­xa­ni­k alimi

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Qu­li­yev Hə­təm Hi­da­yət oğ­lu

Qu­li­yev Hə­təm Hi­da­yət oğ­lu 6 yan­var 1947-ci il­də Fü­zu­li ra­yo­nun­da ana­dan ol­muş­dur. 1969-cu ildə Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­nin Me­xa­ni­ka-ri­ya­ziy­yat fa­kül­tə­si­ni Me­xa­ni­ka ix­ti­sa­sı üz­rə bi­tir­miş­dir.

H.Qu­­li­­yev 1972-ci il­­də “Bir və ço­xə­la­qə­li qey­ri-xət­ti fi­zi­ki mü­hit­lər­də bər­ki­di­ci ele­men­tin sərt­li­yi­nin gər­gin­lik­lər kon­sent­ra­si­ya­sı­na tə­si­ri” möv­zu­sun­da na­­mi­­zə­d­lik, 1981-ci il­­də “Düz­xət­li kə­sik­lə­rin, qey­ri-dai­rə­vi də­lik­lə­rin və boş­luq­la­rın ət­ra­fın­da ta­raz­lıq və­ziy­yə­ti­nin gər­gin­lik kon­sent­ra­si­ya­sı­nın ya­rat­dı­ğı da­ya­nıq­sız­lıq” möv­zu­sun­da dok­­to­r­luq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş, 1986-cı il­­də pro­­fes­­sor el­­mi adı­­nı al­­mış, 2001-ci il­­də AMEA-nın müx­­bir üz­­vü, 2014-cü il­­də AMEA-nın hə­­qi­­qi üz­­vü se­­çil­­miş­­dir.

H.Qu­li­yev 1969-1973-cü il­lər­də AMEA Ri­ya­ziy­yat və Me­xa­ni­ka İns­ti­tu­tun­da ki­­çik el­mi iş­çi, 1973-1979-cu il­lər­də Ki­yev şə­hə­rin­də Uk­ray­na Kənd Tə­sə­rrü­fa­tı Elm­­lər Aka­de­mi­ya­sın­da baş el­mi iş­çi, 1979-1990-cı il­lər­də AMEA RMİ-də baş el­mi iş­­çi, son­ra­dan Da­ğıl­ma me­xa­ni­ka­sı şö­bə­si­nin mü­di­ri, 1990-2003-cü il­lər­də AMEA-nın Də­rin Neft və Qaz Ya­taq­la­rı Prob­lem­lə­ri İns­ti­tu­tun­da Geo­di­na­­mi­­ka və Dağ me­xa­ni­ka­sı şö­bə­si­nin mü­di­ri və­zi­fə­lə­rin­də iş­lə­miş­dir. 2003-cü il­dən AMEA Geo­lo­gi­ya və Geo­fi­zi­ka İns­ti­tu­tu­nun Tek­to­no­fi­zi­ka və geo­me­xa­ni­ka şö­bə­si­­nin mü­di­ri və­zi­fə­sin­də iş­lə­mişdir. 2001-2013-cü il­lər­də AMEA Yer Elm­lə­ri Böl­mə­­si­­nin aka­de­mik-ka­ti­bi­nin müa­vi­ni və “AMEA-nın “Xə­bər­lər”i (Yer elm­lə­ri se­ri­ya­sı) jur­na­lı­nın baş re­dak­to­ru­nun müa­vi­ni ol­muş­dur.

H.Qu­li­yev geo­me­xa­ni­ka, geo­fi­zi­ka, geo­lo­gi­ya, tek­to­no­fi­zi­ka, geo­di­na­mi­ka, dağ-mə­dən me­xa­ni­ka­sı, de­for­ma­si­ya­ya uğ­ra­yan bərk ci­sim me­xa­ni­ka­sı, tət­bi­qi ri­­ya­­ziy­­yat və kos­mo­lo­gi­ya­nın müx­tə­lif sa­hə­lə­ri üz­rə gör­kəm­li alim­dir. Onun  rəh­­bər­­li­yi və bi­la­va­si­tə iş­ti­ra­kı ilə dün­ya­nın apa­rı­cı neft şir­kət­lə­ri­nin və bir sı­ra  res­pub­li­ka təş­ki­lat­la­rı­nın si­fa­ri­şi ilə mü­hüm el­mi-tex­ni­ki la­yi­­­hə­lər hə­ya­ta ke­çi­ril­miş­dir. O, Uk­ray­na El­mi Tex­ni­ki Mər­kə­zi­nin (Av­ro­pa İt­ti­­fa­­qı­­nın ma­liy­yə hi­ma­yə­si ilə) və ARDNŞ-in Elm Fon­du­nun qrant­la­rı­nın rəh­bə­ri ol­muş­­dur.

H.Qu­li­yev AMEA-nın RMİ, DNQYP ins­ti­tut­la­rın­da, Azər­bay­can İn­şa­at Mü­­hən­­dis­­­lə­ri və Ba­kı Döv­lət uni­ver­si­te­tlərin­də İx­ti­sas­laş­dı­rıl­mış El­mi şu­­ra­­la­­rın, Azərbaycan Respublikasının Prezidenti yanında Ali At­tes­ta­si­ya Ko­mis­­si­ya­­sı­­nın Ri­ya­ziy­yat və me­xa­ni­ka elmləri üz­rə Eks­­pe­rt şu­ra­sı­nın üz­vü olmuş­dur. ARDNŞ-in Neft-qaz və kon­den­sat eh­ti­yat­la­rı üz­rə, Neft-qaz və qazkon­den­sat ya­taq­la­rı­nın iş­lə­nil­mə­si üz­rə mər­kə­zi ko­mis­­si­­ya­­la­­rı­­nın, AMEA-nın Geo­lo­gi­ya və Geo­fi­zi­ka İns­ti­tu­tu­nun nəz­din­də­ki ЕD 1.01 dis­ser­ta­si­ya şu­ra­sı­nın üz­vü olmuşdur. 

H.Qu­li­yev Ame­ri­ka Geo­fi­zi­ka Cə­miy­yə­ti­nin, Ame­ri­ka Neft­çi Mü­hən­dis­lər Cə­­miy­­­­yə­ti­nin, Ame­ri­ka Neft­çi Geo­loq­lar Cə­miy­yə­ti­nin Azər­­bay­­can böl­mə­si­nin, Av­­ro­­­pa Mü­hən­dis-Geo­loq­lar və Geo­fi­zik­lər As­so­sia­si­ya­sı­nın, Azər­bay­can Ge­o­­loq­­­la­rı­nın Mil­li Ko­mi­tə­si­nin bü­ro üz­vü, Azər­bay­can Geo­fi­zik­lə­ri­nin Mil­li Ko­mi­­tə­­si­­­nin, Bey­nəl­xalq “Геофизический журнал”, “Geo­di­na­mi­ka”, “Вестник Киевс­ко­­го Национального Университета”, “ANAS Tran­sac­ti­ons, Earth Sci­en­ces”, “Ge­o­­­fi­­zi­ka ye­ni­lik­lə­ri” və “Me­xa­ni­ka” jur­nal­la­rı­nın re­dak­si­ya he­yət­lə­ri­nin üz­vü olmuşdur. 

H.Qu­li­yev 5 mo­noq­ra­fi­ya, 300-dən çox el­mi əsər, 3 ix­ti­ra­nın mü­əl­li­fi idi. Əsər­­lə­ri­­nin çox his­sə­si xa­ric­də çap olun­muş­dur. Bu gün də ta­nın­mış bey­nəl­xalq jur­nal­lar­da əsər­lə­ri­nə is­ti­nad olu­nur. Onun rəh­bər­li­yi ilə 6 elm­lər dok­to­ru və 21 fəl­sə­fə dok­to­ru hazırlanmışdır.

H.Qu­li­yev keç­miş SSRİ Xalq Tə­sər­rü­fa­tı Nai­liy­yət­lə­ri Sər­gi­sin­də gü­müş me­da­la (1988), AMEA-nın Fəx­ri fər­ma­nları­na (2007, 2017), Azər­bay­can Res­pub­li­ka­sı­nın “Əməkdar elm xa­di­mi” fəxri adı­na (2018) la­yiq görülmüş­dür.

Akademik Hətəm Quliyev 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.